Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin rəhbərlərini və assosiasiya ölkələrinin hərbi ekipajlarını mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək paradda iştiraka dəvət edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bizim Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsini, yubileyini, bu Qələbənin 80 illiyini xatırlamağımız çox vacibdir... Ümid edirəm ki, siz mayın 9-da Moskvada bu bayram tədbirlərinə gəlməyə vaxt tapacaqsınız. Bundan əlavə, biz Rusiya hərbçiləri ilə birlikdə KTMT ölkələrinin hərbi ekipajlarını Qırmızı Meydandakı paradda iştiraka dəvət edirik”, - deyə o, assosiasiyaya üzv ölkələrin rəhbərlərinə ünvanladığı mesajfa bildirib.
Xəbəri paylaş