Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampın qələbəsi erməniləri MƏYUS ETDİ

Trampın qələbəsi erməniləri MƏYUS ETDİ

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlməsi Ermənistanda məyusluqla qarşılanıb.

Bunu erməni politoloqlar və siyasi ekspertlərin açıqlama və şərhlərindən, erməni sosial şəbəkələrindəyi paylaşımlardan sezmək olur.

Qeyd edək ki, demokratları təmsil edən hazırkı prezident Co Bayden qondarma “erməni soyqırımı”nı tanıyıb, 2023-cü ildə isə o, 23 illik fasilədən sonra Azərbaycana birbaşa maliyyə yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”in icrasına imza atıb.

Təbii ki, Bayden Adminisistrasiyasının bu addımları erməniləri sevindimişdi. ABŞ-dakı erməni diasporu Kamala Harrisin seçilməsində maraqlı idi. Ermənilər düşünürdülər ki, Demokratlar Partiyasının namizədi Kamala Harrisin hakimiyyətə gəlişi onlara ikinci nəfəs verəcək.

Ötən il Azərbaycanın Qarabağda apardığı və ermənlərin oranı tərk etməsi ilə nəticələnən bir günlük antiterror əməliyyatından sonra Kamala Harrisin vitse-prezidenti olduğu Ağ Ev Adminstrasiyası ilə rəsmi Bakı arasında siyasi münasibətlər pisləşmişdi.

Harrisin özü də bəzi addımları ilə Qarabağ məsələsində mövqeyini ortaya qoymuşdu. Məsələn, Kamala Harris sentyabrın 23-də - Ermənistanın Müstəqillik Günündə ABŞ-ın erməni ictimaiyyətinə göndərdiyi müraciətdə Qarabağdan köçən ermənilərin “təhlükəsiz şəraitdə öz evlərinə” qayıtmalı olduğunu vurğulamış və “erməni soyqırımının unudulmamasına” dair çağırışlar etmişdi.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi (2020-ci ilin sentyabr-noyabrı) Trampın prezidentliyinin son aylarına təsadüf edirdi. 2020-ci ildə Tramp adminstrasiyasının Azərbaycan-Ermənistan arasındakı müharibə ilə bağlı səssiz mövqeyi müşahidə olunmuşdu.

Amerika Araşdırmaları Erməni Mərkəzinin direktoru, politoloq Suren Sarkisyan hesab edir ki, Baydenin prezidentliyi dövründən fərqli olaraq Trampın zamanında Ermənistan-Amerika münasibətlərində müəyyən passivlik olacaq.

"Ancaq çox şey ABŞ-la necə işləməyimizdən asılıdır", - Sarkisyan deyib.

“Donald Tramp artıq 4 il ABŞ prezidenti vəzifəsini icra edib (2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək). Biz onun prezidentliyinin əsas prinsiplərini görmüşük və bilirik. Amma indi vəziyyət fərqlidir, xeyli vaxt keçib və Tramp ABŞ-ın 47-ci prezidenti seçilib”, - Suren Sarkisyan əlavə edib.

Suren Sarkisyan ümid edir ki, ermənilər yeni yanaşmaların şahidi də ola bilərlər:

“Çünki Trampın yeni komandası var, o, yeni insanlar və müşavirlərlə əhatə olunub. Ermənistan və erməni lobbi təşkilatlarının onunla necə işləyəcəyi çox vacibdir, çünki indi böyük iş meydanı açılıb”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də