Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?

Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?

Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

 Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

 Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb. 

 Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib. 

 Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.

 Milli Məcllisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:

 “Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.

 Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də