Azərbaycanın Rusiyaya təyin etdiyi yeni fövqəladə və səlahiyyətli səfir Rəhman Mustafayev Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın xarici işlər naziri dost dövlətin diplomatik nümayəndəliyinin rəhbərini – ölkəmizin strateji tərəfdaşı və müttəfiqini səmimiyyətlə salamlayıb və ona fəaliyyətində uğurlar arzulayıb”, - nazirlik bildirib.
Sonra R. Mustafayev Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini M. Qaluzin ilə görüşüb, səfir etimadnaməsinin surətini təqdim edib. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişaf etdiyi bildirilib, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə olunub. Yaxın günlərdə Dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.