Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə MÜSİAD Azərbaycanın ofisini ziyarət edib
Bu barədə təşkilatın sədri Rəşad Cabirli məlumat yayıb.
"Görüş zamanı ölkəmizdə, regionda sahibkarlığın inkişafı, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq perspektivlərilə bağlı fikir mübadilələri apardıq.
Yenicə təsis edilmiş Quba İş Adamlarına Dəstək (QİAD) Birliyi və ümumiyyətlə regionda fəaliyyət göstərən təşkilatlarla, sahibkarlarla əməkdaşlığın əhəmiyyəti, prioritetləri haqqında müzakirə apardıq.
Əlibala müəllimə göstərdiyi diqqətə və ziyarətinə görə təşəkkürümüzü bildiririk", - o qeyd edib.