24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.
Tərəflər qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin inkişafına önəm verdiklərini qeyd ediblər. Siyasi dialoqun inkişaf etdirilməsi istiqamətində xarici işlər nazirlərinin müavinləri arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd olunub.