XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin, Məşğulluq və əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri iştirak edib.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.