
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonunda Türkmənistanda baş tutacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə nümayəndəsi Mixail Petrakov bildirib.
O qeyd edib ki, tarix hələ razılaşdırılmayıb, lakin noyabr və ya dekabrda görüş baş tuta bilər.
"Nazirlərin gərgin iş cədvəli ilə əlaqədar bunu təyin etmək həmişə çətindir", - deyə diplomat vurğulayıb.