Müxalifət məğlub olacağını bildiyi üçün artıq səsvermə prosesində uydurma “pozuntulardan” danışır. Gah hansısa montaj edilmiş görüntüləri “fakt” kimi təqdim edir, gah məntəqələrə hücum edərək, qarşıdurma yaradır və öz əməllərini “pozuntu” kimi göstərir. Bir sözlə “stəkanda fırtına yaratmaq”la məşğuldurlar.
Ən diqqətçəkən məqam isə “seçki pozuntularından” danışan Müsavat partiyasının başqanı İsa Qəmbər və keçmiş başqan Arif Hacılının nümayəndəsinin törətdiyi əməldir.
8 saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində seçki prosesinin ən dəhşətli, həm də əsas pozuntusu baş verib. Müsavat partiyasının nümayəndəsi Eldar Tağıyev müstəqil müşahidəçi Kamil Hüseynova hücum edərək, onu boğub.
Kadrdan da görünür ki, Müsavat üzvünün törətdiyi əməl birbaşa seçki pozuntusu və fiziki güc tətbiq edilməsidir.
Yəqin İsa Qəmbər və Arif Hacılı başda olmaqla Müsavat partiyası “pozuntu” deyəndə öz nümayəndələrinin törətdiyi əməldən danışırlar.
Xəbəri paylaş