Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm"

"Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm"

Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm, çünki camaat yığışa bilmir.

 Bunuaçıqlamasında sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edən ən yaşlı namizəd Oqtay Zeynalov bildirib.

Yoldaşlarımın köməyi ilə seçki kampaniyası yaxşı gedir. 29 nəfər müşahidəçi vermişəm. 29 məntəqəyə də 4-5 gündür şəkilləri vurmuşam. Sosial şəbəkələrdə də şəkillər paylaşılıb. Vəkili təsdiq edib anket veriblər, onu doldurub, aparıb verəcəm. Mən deyirəm ki, 4-5 nəfər olsun, deyirlər ki, 1 nəfərdən artıq olmaz. Seçicilərlə görüş üçün iki yer verilib: Pedoqoji İnstitutunun şöbəsində, bir də Heydər Əliyev Parkının yanında. Heç bir görüş keçirilməyib. Mən özüm şəxsən qapı-qapı düşüb camaatla görüşürəm. Camaatı bir yerə toplayıb görüşmək fikrim yoxdur. Hava istidir, camaat yığışa bilmir. Ev və cib telefonum, ad-soyadım qeyd olunan vizitka çıxarmışam. Bir-bir gedib paylayıram".

 

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Oqtay Zeynalov Müsavat Partiyasının 38 Saylı Birinci Seçki Dairəsindən namizədidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də