
Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşür.
QMİ-dən verilən məlumata görə, A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.
Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Braziliyaya səfər edəcək.