Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK

İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.

 Sessiya avqust ayının 12-dən başlayacaq. İclasların gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri əlavə edilib.

Əldə etdiyimiz məlumata görə, Ali Məclis Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyevin yerinə yeni üzv seçiləcək. Qeyd edək ki, o, bir müddət əvvəl tutduğu vəzifədən istefa verib. Məlumata görə, Əjdər Əliyev Ali Məclisə seçkilərdə iştirak etmək və deputat seçilmək niyyətindədir. 

 Naxçıvan Mərkəzi Seçki Komissiyasına yeni üzv seçildikdən sonra qurumun sədri də müyyənləşəcək.

 

1370345


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də