Seçkiqabağı təşviqat prosesinə start verilib. Seçicilər fəallıq nümayiş etdirirlər.
Bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyası ödənişsiz efir vaxtı ilə əlaqədar 60-dan yuxarı əməkdaşını qeydiyyatdan keçirmişdi. Lakin sonradan bu hüququndan imtina edib.