Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri olacaq? - Özü DANIŞDI

Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri olacaq? - Özü DANIŞDI

Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deputatlığa namizəd olub. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.

 Polad Bülbüloğlu təşviqat kampaniyasında iştirak etmək üçün Azərbaycana qayıdıb və səlahiyyətlərinin icrasını dayandırıb. Əgər seçkilərdə qalib gələrsə, o, hazırda tutduğu vəzifədən istefa verməli olacaq.

 Mətbuatda Polad Bülbüloğlunun əvəzinə kimin təyin ediləcəyi müzakirə olunur. Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da adı Azərbaycanın Rusiyadakı səfiri vəzifəsinə gətirilə biləcək namizədlər arasında hallanır.

Elmar Məmmədyarovla əlaqə saxlayıb.

 O, bu mövzu ilə bağlı məlumatı olmadığını bildirib:

 “Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərini kimin təyin etdiyini hamımız bilirik. Bu anda mənim bu məsələ ilə bağlı nəsə deməyim düzgün olmaz. Bu barədə məlumatı müvafiq qurumlardan əldə etmək daha dəqiq olar. Əgər təklif gələrsə, necə cavab verəcəyimə, vəzifəni qəbul edib-etməyəcəyimə o zaman baxacağıq”.

 Qeyd edək ki, Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Azərbaycanın xarici işlər naziri vəzifəsinə təyin edilib. O, 16 iyul 2020-ci ilə qədər bu vəzifəni icra edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də