Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər ümumilikdə 38744 yerli müşahidəçi qeydə alınıb.
Onlardan MSK-da qeydə alınan müşahidəçilərin sayı 5621, dairə seçki komissiyalarında (DSK) qeydə alınan müşahidəçilərin sayı 33 123 nəfərdir.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.