Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran Haniyəyə görə İsraili vurmaqdan vaz keçib?

İran Haniyəyə görə İsraili vurmaqdan vaz keçib?

İran İsrailə qarşı kütləvi hücum qərarını yenidən nəzərdən keçirə bilər.

Bunu "Politico" yazıb.

 Nəşrin məlumatına görə, ABŞ son günlər İranı zərbələr endirməməyə çağırıb, çünki kütləvi hücum yalnız regionda gərginliyi daha da artıracaq və iki ölkə arasında birbaşa toqquşma təhlükəsi yaradacaq.

 Amerika tərəfi bunu onunla da izah edib ki, HƏMAS liderinin ölümündə İsrail əli olubsa da, bir nəfər də olsun İran vətəndaşı həlak olmayıb və buna uyğun olaraq, hücum planlarına yenidən baxılmalıdır.

 Eyni zamanda, CNN-in materialında deyilir ki, Hizbullah Fuad Şükrün ölümünə görə qisas almaq üçün İrandan asılı olmayaraq İsraili xəbərdarlıq etmədən vurmaq ehtimalı var. Tərəflərin belə bir hücumu öz aralarında koordinasiya edib-etmədiyi məlum deyil.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də