Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı Rafael Hüseynovu təltif edib.
Dövlət başçısı bu barədə sərəncam imzalayıb.
O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Rafael Hüseynov Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. O, gələn həftə 70 yaşını qeydə edəcək.