Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputatların 74 faizi yenidən NAMİZƏDDİR

Deputatların 74 faizi yenidən NAMİZƏDDİR

VI çağırış Milli Məclisin 90 deputatı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

  2020-ci ildə keçirilən parlament seçkilərində deputat seçilən 121 nəfərin 74%-i yenidən namizəddir.

 Belə ki, 2020-ci ildə baş tutan parlament seçkilərində 121 deputat seçilib. 4 seçki dairəsində isə nəticələr ləğv olunub. Sonuncu çağırışda deputat seçilən 3 nəfər – Qənirə Paşayeva, Madər Musayev, Fəttah Heydərov  vəfat edib.

 Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 VI çağırışın deputatlarından Ramin Məmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, Adil Əliyev isə Suraxanı rayonunun icra başçısı təyin edildiyi üçün mandatdan məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilən Şahin Seydizadə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ancaq o, sentyabrın 1-də keçiriləcək parlament seçkilərindən yenidən namizəd olacaq.

 Sonuncu çağırışın 25 deputatı isə seçkilərdə namizəd kimi iştirak etməyəcək. Onlardan bəzilərinin namizədliyi partiyalar tərəfindən irəli sürülməyib, bəziləri şəxsi təşəbbüsü ilə namizəd olmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də