Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvan “3+3” formatının Türkiyə görüşündə iştirak etməyəcək?

İrəvan “3+3” formatının Türkiyə görüşündə iştirak etməyəcək?

İrəvan Xarici İşlər Nazirliyi rəhbərlərinin Türkiyədə keçiriləcək “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.

Bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın yazılı sorğusuna verdiyi cavabdan da gəlmək olur.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani Xarici İşlər Nazirliyi rəhbərlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.

“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-dən qeyd ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də