
Altıncı çağırış parlamentin üzvü Vüqar Bayramovun 84 saylı Füzuli seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyi qeydə alınıb.
Bu barədə onun özü bildirib:
“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən işğaldan azad edilən və quruculuq mərhələsinə daxil olan Füzuli şəhərini də əhatə etməklə rayonumuzun bütün məskunlaşmış yaşayış məntəqələrində avqustun 9-dan aktiv təbliğata start verib, dəyərli seçicilərlə yenidən sıx görüşlərə başlayacağıq”, - V.Bayramov deyib.