Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir deputat seçki dairəsini DƏYİŞDİ

Daha bir deputat seçki dairəsini DƏYİŞDİ

Milli Məclisin VI çağırış deputatı Soltan Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən iştirak edəcək.
Bu barədə Soltan Məmmədovun özü  sorğusuna cavab olaraq bildirib.
O bu dəfə başqa dairədən namizədliyini irəli sürəcək:
 "Ötən seçkilərdə mənə etimad göstərərək namizədliyimi dəstəkləyən, 5 il ərzində hər zaman güvənini, etimadını hiss etdiyim hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm. Bu gün yeni bir dövrə qədəm qoyuruq. Yenə Xəzər rayonundan, lakin bu dəfə Mərdəkan, Şağan və Buzovna qəsəbələrini əhatə edən 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyim irəli sürüldü. Bu təşəbbüsü irəli sürənlərə, namizədliyimi dəstəklədiyini imzası ilə təsdiq edən bütün vətəndaşlara minnətdaram. İnanıram ki, növbədənkənar parlament seçkiləri ölkəmizin tarixində başlamış yeni mərhələnin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qalacaq”,-deyə o qeyd edib. 
Xatırladaq ki. Soltan Məmmədov VI çağırış Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də