Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq İSTƏYİR

Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq İSTƏYİR
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 O, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub.

 Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb.

 70 yaşlı Elton Məmmədov Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub.

 Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb.

 Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də