Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Namizədliyimi geri götürməyim haqqında şayiə yayılır"

"Namizədliyimi geri götürməyim haqqında şayiə yayılır"

Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüşəm. Seçkilərə ciddi şəkildə hazırlaşırıq, artıq seçki komandası formalaşıb, bölgəmizin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları, icma, rəy liderləri ilə mütəmadi müzakirə aparıram. Bölgəmizi dahi Məmməd Araz təbirincə desək, qarış-qarış, addım-addım, adam-adam, kənd-kənd tanıyıram.

Bunu hüquq müdafiəçisi Əliməmməd Nuriyev özünün sosial media hesabında bildirib.

 "Çətinlikləri, qaldırılmalı olan məsələləri bilirəm, bunlarla əlaqədar geniş məsələhətləşmə aparıram. Seçki kampaniyası həm də problemlərin palaz alıtından gün işığına çıxarılması imkanı yaradır. Son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınmışdı. Seçki seçki dairəsi üzrə 89 məntəqədə keçiriləcək. Çalışacağam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin. Namizədliyimi geri götürməyim haqqında şaiyə yayılır. Bu, tamamilə yalandır, sonadək, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək", - o qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də