
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərindəki namizədlər siyahısında daha bir sürpriz ad var - Maniyeva Aygün Şaitdin qızı.
Onun namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülüb.
Aygün Maniyeva Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin qızıdır.
Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.
Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.
Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi.
2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.