Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün özünün namizədlər siyahısını açıqlayıb.
Siyahıda xeyli maraqlı adlar var. Onlardan biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Samir Əhməd oğlu Vəliyevdir.
Qeyd edək ki, Samir Vəliyev keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin böyük oğludur.
O, 2021-ci ilin sentyabr ayında YAP Nərimanov rayon təşkilatına sədr seçilib.
Samir Vəliyev həm də Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.
Ə.Vəliyevin digər oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər ikisi profesordur.
Əhməd Vəliyev Milli Məclisin üçüncü (2005–2010) və dördüncü (2010–2015) çağırış deputatı olub. O, 2005-ci ildə 31 saylı Siraxanı ikinci seçki dairəsindən, 2010-cu ildə isə 107 saylı Qazax seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, Vəliyevlərə məxsus 1992-ci ildən fəaliyyət göstərən “Muğan Bank” 2023-cü ildə müflis elan olunaraq bağlanıb.
Xəbəri paylaş