Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranın yeni prezidentindən ilk açıqlama: "Onlar mənim qardaşlarımdır!”

 

“Prezident seçkilərindəki rəqiblər mənim qardaşlarımdır”.

Bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian mətbuata ilk açıqlamasında deyib.

Məsud Pezeşkian keçmiş rəqiblərilə əməkdaşlıq etmək niyyətində olduğunu da açıqlayıb.

Pezeşkian onları İranın inkişafına cəlb etməyə hazır olduğunu bildirib.

“Mən hamıya dostluq əlini uzadacağam”, - deyə o əmin edib.


Qeyd edək ki, seçkilərin 2-ci turunun nəticələrinə görə, islahatçı Məsud Pezeşkian 16,3 milyondan çox, onun rəqibi, mühafizəkar Səid Cəlili isə 13,5 milyon səs toplayıb.

Xatırladaq ki, İranın Konstitusiya Keşikçiləri Şurası iyunun 28-də keçirilən prezident seçkilərində 6 namizədin iştirakına icazə vermişdi:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Lakin onlardan 2-si - Seyid Əmir Hüseyin Qazizadə Haşimi və Əlirza Zakani mühafizəkar namizədlərin xeyrinə geri çəkilmişdi.

Qalan 4 nəfər ilk turda mübarizə aparmış, Səid Cəlili ilə Məsud Pezeşkian 2-ci tura çıxmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də