Hesab etmirəm ki, bizim Konqresdə “907-ci düzəliş”in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, ancaq istisnalar mövcuddur. Hər bir administrasiya - Respublikaçılar və Demokratlar şərtlər tələb etdikdə bundan imtina olunmasına dair qərar qəbul ediblər. Hazırda mövcud durumu təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə “907-ci düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.
Bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb ki, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır. “Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünmürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir”, - deyə Ceyms O’Brayn bildirib.