Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollarlıq hərbi dəstək verməyi planlaşdırırlar

Tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollarlıq hərbi dəstək verməyi planlaşdırırlar
"Növbəti 4 il ərzində beynəlxalq tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollar məbləğində ümumi hərbi dəstək verməyi planlaşdırırlar".

Bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Baş nazir hökumətin iclası zamanı bildirib ki, Ukrayna artıq müttəfiqləri ilə, xüsusən də Avropa İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

 O əlavə edib ki, bu il ölkə Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə etdiyi mənfəət hesabına müttəfiqlərindən əlavə 50 milyard dollar alacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də