
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
İclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələnin müzakirə olunması gözlənilir.
Xatırladaq ki, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Konstitusiya Məhkəməsinin Plenumu isə bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxır.