
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında növbəti üçtərəfli görüşün vaxtı açıqlanıb.
Bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat verib.
O bildirib ki, görüş bu ilin sentyabr ayında Tbilisidə baş tutacaq.
Görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s.məsələlərin müzakirəsi gözlənilir.