Ermənistan parlamentinin Müdafiə Komissiyası “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə parlamentin iclasında daha sonra baxılacaq.
Dəyişikliklərə əsasən, qardaşlardan birinin nə qədər xidmət etməsindən asılı olmayaraq bir hərbi hissədə iki qardaşın birgə xidmətinə icazə verilir.
Bundan başqa, xidməti mənzillər məsələsi ilə bağlı bəzi dəyişikliklər də layihədə əksini tapıb.