İyunun 9-da saat 18:30-da İrəvandakı Respublika meydanında böyük mitinq keçirəcəyik.
Bu barədə etirazçıların lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.
“Bu mitinq, qeyd etdiyim kimi, bu müddət ərzində proqramımızın tamamlanmasına nail olmaq üçün çox mühüm mərhələdir, dayaq nöqtəsidir. Yaxın günlərdə görəcəyimiz işləri orada təqdim edəcəyəm”, - arxiyepiskop bildirib.
“Biz heç nə gizlətmirik, addım-addım, qarşılıqlı inamla irəliləyirik. Mənim üçün ən önəmlisi qarşılıqlı etimaddır”.