Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır" - Nazir


Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür.

“Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”, - deyə C.Bayramov əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də