Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baqrat Qalstanyan Ermənistanın baş naziri olmaq istəyir?

Baqrat Qalstanyan Ermənistanın baş naziri olmaq istəyir?

Ermənistanda kütləvi etiraz aksiyalarına rəhbərlik edən Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan baş nazir postuna namizəd olmaq ambisiyasının olmadığını bildirib.

Bu barədə keşişin özü jurnalistlərə açıqlamasında deyib.

O, “Baqrat Qalstanyan hərəkatın baş nazirliyə namizədi olmalıdır” deyən keçmiş xarici işlər naziri Vartan Oskanyana belə cavab verib:

“Cənab Oskanyana minnətdaram, amma mənim siyasi ambisiyalarım yoxdur. Düşünmürəm ki, bu, doğru deyil”.

“Əgər hərəkat iştirakçılarının əksəriyyəti sizi baş nazir postuna namizəd kimi görürsə” sualına Qalstanyan “hər şeyi hadisələrin gedişatı müəyyən edəcək” əlavəsini də edib.

Keşiş deyib  ki, Azərbaycanla sərhəddə demarkasiya prosesi dayandırılmalı, baş nazir Nikol Paşinyan istefaya getməlidir.

O “baş nazir kimi görürsünüz” sualına belə cavab verib: “Fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni yolla başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq.

Adlar təbii olaraq müzakirə olunur, müxtəlif adlar var. İndi xalqın oyanış mərhələsidir. Bu gün, sabah, o biri gün əməli addımlar günüdür”.

Din xadimi vurğulayıb ki, baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur. “Parlamentdə fraksiyalar müzakirə aparacaq, müəyyən məsləhətləşmələr gedəcək, bütün siyasi meydan həmin şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də