Erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi etiraz yürüşü bu gün İrəvandakı Respublika meydanında ümumxalq mitinqinə çevrilməlidi.
Bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib.
Qeyd edək ki, yürüş mayın 4-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindən başlayıb. Etirazçılar Qazaxın işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyası ilə razılaşmayanlardı.
Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyan rəhbərlik edir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin hakimiyyətə qarşı etiraz hərəkatına rəhbərlik etməklə eks-prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaq istəyir.
Xəbəri paylaş