Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İstintaq Komitəsi ölən erməni əsgər barədə MƏLUMAT YAYDI

İstintaq Komitəsi ölən erməni əsgər barədə MƏLUMAT YAYDI

"7 may 2024-cü il tarixdə saat 14:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə ərazisindəki döyüş mövqeyinin qazıntı məntəqəsində müqaviləli hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Artak Seryozhaeviç Avalyanın meyiti çənəsindən ölümcül güllə yarası ilə aşkar edilib".

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

"Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq əməliyyat-istintaq qrupuna həvalə edilib. Hadisə yerinə baxış keçirilib. Meyitin xarici müayinəsi zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Bütün hərbi qulluqçular və döyüş mövqeyində vəzifə tutan zabitlər dindirilib. Meyitin məhkəmə-tibbi ekspertizası da təyin edilib", - deyə qeyd olunub.

 Bildirilib ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün təxirəsalınmaz sübut və prosessual tədbirlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də