Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç erməni həmkarı Ruben Rubinyanı gələn həftə İrəvanda görüşməyə və “bununla tarixi hadisəyə imza atmağa” dəvət edib.
Bu təklif Antaliya Diplomatiya Forumundakı panel müzakirəsində səsləndirilib.
Rubinyan ona cavab verib: “Biz sizinlə bunu sonra müzakirə edəcəyik və nə vaxt və harada görüşəcəyimizə qərar verəcəyik”.
Qeyd edək ki, Rubinyan Forumda iştirak üçün Türkiyədə səfərdədir.