Türkiyənin Azərbaycandakı səfirliyinə yeni media üzrə müşavir təyin olunub.
Bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilir.
Cihangir İşbilir Türkiyənin "Anadolu" informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu ilin oktyabrın 11-dən səfirlikdə çalışırdı.