Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.
Dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır.
“Associated Press“ agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub.