Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir.
Bu gün Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə Paris və Bakı arasında münasibətlərin növbəti dəfə kəskin pisləşməsi son “casus qalmaqalı” fonunda təhlil olunub.
Məqalənin müəllifi Jan-Dominik Merşe (Jean-Dominique Merchet) Azərbaycana qarşı casusluqda ittiham olunan M.Rayanın ötən ilin dekabrında Bakıda saxlanması barədə ətraflı danışıb.