Qərbin sanksiyaları Rusiyaya ziyan vurmur və Almaniya onlara dəstək verməklə Rusiya Federasiyasına deyil, özünə qarşı iqtisadi müharibə aparır.
Bu sözləri Bundestaqın deputatı Sara Vaqenknext “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
"Biz Rusiyaya qarşı iqtisadi müharibə aparmırıq, özümüzə qarşı iqtisadi müharibə aparırıq", - deyən Vaqenknext Rusiyanın enerji təchizatı üçün yeni bazarlar tapdığını qeyd edib.
Deputatın sözlərinə görə, Almaniyanın sanksiyaları enerji xərclərinin böyük artımına səbəb olub və bununla da sadə vətəndaşların həyatını və Almaniya sənayesinin rəqabət qabiliyyətini pisləşdirib.