Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa prezident seçkilərində namizəd kimi iştirak edəcək.
Bu barədə qərar Partiyanın Ali Məclisində qəbul edilib.
O, sənədlərin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Deputat Zahid Oruc da namizədliyini irəli sürəcəyini açıqlayıb.