Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.
T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək.
Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə nazmizədliyin irəli sürülməsi səlahiyyəti idarə heyətinə verilib".