Hərbi Prokurorluqda dekabrın 7-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Hərbi Prokurorluqdan verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkənin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb.