Kəlbəcər terrorçu Monte Melkonyanın doğum günündə, yəni noyabrın 25-də işğaldan azad edilib.
Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında yazıb.
O qeyd edib ki, 30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb:
"Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildi. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib".