Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyanın Rusiyaya qarşı irəli sürdüyü “qaçqınların göndərilməsi” ittihamlarının heç bir əsası olmadığını və dezinformasiya olduğunu bildirib.
Onun sözlərinə görə, Finlandiya tərəfinin Rusiya ilə sərhədi bağlamaq ideyaları dağıdıcıdır və Avropada yeni ayırıcı xətlər yaratmaq təhlükəsi yaradır.
"Bu cür bəyanatları dezinformasiyadan başqa bir şey adlandırmaq olmaz və bu cür iddialar tamamilə əsassızdır.
Mənə elə gəlir ki, Finlandiya rəsmiləri özləri də etiraf edirlər ki, Rusiya tərəfi onların dediyi kimi, "miqrantların yoxlanılması" ilə məşğul olmağa borclu deyil. Zaxarova brifinqdə vurğulayıb.