Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini genişləndirib.
Daha üç nəfər "qara siyahı"ya salınıb.
Beləliklə, 1991-1993-cü illərdə Rusiya xarici işlər nazirinin müavini işləmiş Georgi Kunadze, “Dovod” nəşrinin baş redaktor İlya Kosıgin və politoloq Mixail Savva xarici agent elan olunub.
Georgi Kunadze Rusiya haqqında “mənfi imic yaratmağa yönəlmiş” məlumatlar, habelə Rusiya hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar haqqında “etibarsız məlumatlar” yaymaqda ittiham olunur.
Tarix elmləri namizədi Georgi Kunadze 1980-ci illərdə SSRİ-nin Yaponiyadakı səfirliyində işləyib. O, Cənubi Kuril adalarının Yaponiyaya verilməsi ideyasını dəstəkləyib.