Avropa İttifaqı (Aİ) Ermənistana maliyyə yardımını 5,2 milyon avrodan 25 milyon avroya qaldırmaq qərarına gəlib.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
"Biz 5,2 milyon avro ayırmışıq. Mən bu gün Ermənistanın baş nazirinə deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırmaqdan xoşbəxtik", - Ursula fon der Leyen Qranadada Avropa Siyasi Birliyinin sammitində deyib.
O bildirib ki, Avropa İttifaqı Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edəcək.