
Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yollanıb.
Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, XİN rəhbəri Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək üçün Brüsselə gedib.
Səfər çərçivəsində Avropa İttifaqı və Belçika Krallığı rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.