Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Qazaxıstanda keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə Tokayevi təbrik edib.
Türkiyə lideri iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın yeni dövrdə güclənəcəyinə və dərinləşəcəyinə inandığını söyləyib.